Hərbi qulluqçularımız "Qış təlimi-2025"-i uğurla başa vurub - VİDEO

admin
Hərbi qulluqçularımız "Qış təlimi-2025"-i uğurla başa vurub - VİDEO
ƏÜO hərbi qulluqçuları "Qış təlimi-2025"də ölkəmizi layiqincə təmsil edərək Vətənə qayıdıblar.

Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) hərbi qulluqçuları Türkiyənin Qars şəhərində keçirilmiş "Qış təlimi-2025"də ölkəmizi layiqincə təmsil edərək Vətənə qayıdıblar.

Müdafiə Nazirliyindən Operativ Media-ya verilən məlumata görə, bu münasibətlə ƏÜO-da təntənəli mərasim keçirilib.

Mərasimdə ƏÜO komandanı general-mayor Kənan Seyidov çıxış edərək birgə hərbi təlimlərin əhəmiyyətindən danışıb, təlim zamanı qazanılan təcrübənin ordunun döyüş qabiliyyətinə müsbət təsir edəcəyini vurğulayıb və hərbi qulluqçuların nümayiş etdirdikləri bacarıq və peşəkarlığa görə onlara Müdafiə Nazirliyinin rəhbərliyi adından təşəkkür edib.

Sonda təlim zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində fərqlənmiş hərbi qulluqçular mükafatlandırılıb.

YouTube video

Digər xəbərlər