Prezident İlham Əliyev Ağdam şəhərində 2-ci yaşayış kompleksində aparılan tikinti işləri ilə tanış olub - YENİLƏNİB

Əsəd Abbaslı
Prezident İlham Əliyev Ağdam şəhərində 2-ci yaşayış kompleksində aparılan tikinti işləri ilə tanış olub - YENİLƏNİB
Prezident İlham Əliyev Ağdam şəhərində 2-ci yaşayış kompleksində aparılan tikinti işləri ilə tanış olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 18-də Ağdam şəhərində 1267 mənzilli 2-ci yaşayış kompleksində aparılan tikinti işləri ilə tanış olublar.

Operativ Media xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma məlumat verildi ki, ümumi sahəsi 14 hektara yaxın olan yaşayış kompleksi Ağdamın mərkəzi küçəsində, şəhərin təsdiq edilmiş Baş Planına uyğun salınıb. Burada tikilən yaşayış binalarındakı mənzillərdən 114-ü birotaqlı, 464-ü ikiotaqlı, 536-sı üçotaqlı, 154-ü isə dördotaqlıdır.

Ərazisinin böyük bir hissəsi yaşıllıq zonasından ibarət olacaq kompleksdəki binaların inşasında modern memarlıq yanaşmalarından və milli naxış elementlərindən istifadə olunur. Burada idman meydançalarının, istirahət guşələrinin, velosiped dayanacaqlarının və digər zəruri infrastruktur obyektlərinin yaradılması nəzərdə tutulur.

***

14:17

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 18-də Ağdam şəhərində 1267 mənzilli 2-ci yaşayış kompleksində aparılan tikinti işləri ilə tanış olublar.

Operativ Media xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb

Şəkil Qalereyası

Prezident İlham Əliyev Ağdam şəhərində 2-ci yaşayış kompleksində aparılan tikinti işləri ilə tanış olub - YENİLƏNİB - Şəkil 1
Prezident İlham Əliyev Ağdam şəhərində 2-ci yaşayış kompleksində aparılan tikinti işləri ilə tanış olub - YENİLƏNİB - Şəkil 2
Prezident İlham Əliyev Ağdam şəhərində 2-ci yaşayış kompleksində aparılan tikinti işləri ilə tanış olub - YENİLƏNİB - Şəkil 3
Prezident İlham Əliyev Ağdam şəhərində 2-ci yaşayış kompleksində aparılan tikinti işləri ilə tanış olub - YENİLƏNİB - Şəkil 4

Digər xəbərlər