Tramp: Zelenski 10 ədəd "Patriot" almaq üçün 15 milyard dollar təklif edib

Əsəd Abbaslı
Tramp: Zelenski 10 ədəd "Patriot" almaq üçün 15 milyard dollar təklif edib
"Baxın siz müharibəyə başlayanda qalib gələcəyinizi bilməlisiniz, elə deyilmi?"

Ukrayna hakimiyyəti daima ABŞ-dən raket almaq üçün müraciət edir.

Operativ Media xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.

Tramp jurnalistlərin suallarını cavablandırarkən, Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ-dən 10 ədəd "Patriot" zenit-raket kompleksini almaq üçün 15 milyard dollar təklif etdiyi, lakin Vaşinqtonun bu təklifi rədd etdiyi barədə açıqlamasına toxunub.

"Baxın siz müharibəyə başlayanda qalib gələcəyinizi bilməlisiniz, elə deyilmi? Rusiya 20 dəfə sizdən böyükdür və ümid edirsiniz ki, insanlar sizə raket verəcəklər”, - o qeyd edib.

Digər xəbərlər