ABŞ-də universitetdə atışma olub - YENİLƏNİB

Əsəd Abbaslı
ABŞ-də universitetdə atışma olub - YENİLƏNİB
5 nəfər həlak olub, daha 4 nəfər isə yaralanıb.

ABŞ-nin Florida ştatındakı universitetdə baş verən atışma nəticəsində 5 nəfər həlak olub, daha 4 nəfər isə yaralanıb.

Operativ Media xəbər verir ki, bu barədə yerli "WFTV9" telekanalı hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

"CNN" telekanalının verdiyi məlumata görə isə, hadisənin əsas şübhəlisi saxlanılıb və hazırda nəzarət altındadır.

Bildirilib ki, atəş açan iki nəfər olub. Onlardan biri hadisə zamanı öldürülüb, digəri isə saxlanılıb.

22:08

ABŞ-nin Florida Universitetində atışma baş verib.

Operativ Media xəbər verir ki, atışma nəticəsində azı 4 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən şübhəli şəxs saxlanılıb.

Hadisənin baş vermə səbəbləri və silahlı şəxsin kimliyi araşdırılır.

Digər xəbərlər