Avropa İttifaqı (Aİ) bəzi Avropa mallarının ABŞ-yə ixracına məhdudiyyətlər tətbiq etmək təklifi üzərində işləyir.
Operativ Media xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Qeyd olunub ki, ixrac məhdudiyyəti Aİ-nin potensial cavab strategiyası kimi düşündüyü bir neçə variantdan biridir. Bundan əlavə, Brüssel ABŞ mallarına əlavə rüsum siyahıları tətbiq etməyi və Amerika şirkətləri üçün dövlət satınalmalarını məhdudlaşdırmağı düşünür.






