İraqın baş naziri və Suriya prezidenti arasında görüş olub

admin
İraqın baş naziri və Suriya prezidenti arasında görüş olub
İraqın baş naziri və Suriya prezidenti təhlükəsizlik məsələlərini müzakirə edib.

İraq Respublikasının Baş naziri Məhəmməd Şiya əs-Sudani və Suriya prezidenti Əhməd Şəra arasında görüş keçirilib.

Operativ Media xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Qətərin vasitəçiliyi ilə keçirilən görüşdə Qətər əmiri Şeyx Təmim bin Həməd Al Sani də iştirak edib.

Məlumatda qeyd olunub ki, görüş zamanı birgə sərhəd təhlükəsizliyi məsələsi müzakirə olunub .

Eyni zamanda iki ölkə arasında sahə və kəşfiyyat koordinasiyasının artırılmasına dair razılıq əldə olunub.

 

Digər xəbərlər