Ermənistanın Sünik rayonunda İrana məxsus yük maşını aşıb.
Operativ Media xəbər verir ki, hadisə bu gün günorta saatlarında baş verib.
Sürücü 47 yaşlı Kərim Nəzəri idarə etdiyi “Mack” markalı yük maşını ilə idarəetməni itirərək yoldan çıxaraq ağaclara çırpılıb və maşın aşıb.
Sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qafan xəstəxanasına yerləşdirilib.






