Hindistanın şimalında baş verən atışma nəticəsində azı 27 turist ölüb, 20-yə yaxın turist yaralanıb.
Operativ Media xəbər verir ki, hadisə Pahalqam şəhərində baş verib.
Baysaran vadisində cığırla çıxan turistlərə hərbi geyimli iki şəxs atəş açıb.
Hadisə terror aktı kimi qiymətləndirilib.
18:30
Hindistanın idarə etdiyi Kəşmir regionunda silahlı şəxslər bir qrup turistə atəş açıb.
Operativ Media xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Hadisə nəticəsində ən azı 24 nəfər ölüb.
Yerli hakimiyyət hadisəni terror aktı adlandırıb.






