Ermənistanın Azərbaycanla sərhəd bölgəsində itkin düşən iki nəfər tapılıb.
Operativ Media xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Məlumata görə, onlar Ermənistan Respublikasının ərazisində aşkar edilib və hazırda təhlükəsiz şəraitdədirlər.
Hakimiyyət orqanları bildirib ki, hadisənin təfərrüatları ilə bağlı əlavə məlumat yaxın vaxtlarda ictimaiyyətə təqdim olunacaq.
12:36
Ermənistanın Azərbaycanla sərhəd bölgəsində iki nəfər itkin düşüb.
Operativ Media xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) məlumat yayıb.
Məlumatda bildirilir ki, Sünik (Zəngəzur) vilayətinin Tex (Dığ) kəndinin sakinləri Karen Cangiryan (2007) və Andrey Qyaquns (2008) 6 iyun saat 01.20 radələrində Aravus kəndi ərazisində azıblar.
Ermənistan MTX ehtimal edir ki, onlar azaraq Azərbaycan ərazisinə keçib.
Məlumatda həmin şəxslərin yerinin müəyyənləşdirilməsi və geri qaytarılması üçün lazımı tədbirlərin görüldüyü bildirilib.