İranın son raket hücumu nəticəsində İsrailin şimalında ikimərtəbəli binanın uçması nəticəsində 4 nəfər həlak olub.
Operativ Media xəbər verir ki, İsrail yanğınsöndürmə idarəsinin sözçüsü tərəfindən edilən açıqlamada İrandan atılan raket hücumunun bir neçə nöqtəyə düşdüyü və bir binanın dağıldığı bildirilib.
Bildirilib ki, yanğını söndürmək üçün əraziyə yanğınsöndürmə qrupları, xilasetmə qrupları isə sıxışıb qalanları xilas etməyə gedib.
***
05:50
İranın İsrailə son hücumu nəticəsində bir nəfər həlak olub, 93 nəfər isə yaralanıb.
Operativ Media xəbər verir ki, bu barədə İsrailin Milli Təcili Yardım Xidməti Magen David Adom məlumat yayıb.
Təl-Əviv və ətraf əraziləri əhatə edən Quş Dan bölgəsində həkimlər vəziyyəti ağır olan 3 nəfərə tibbi yardım göstəriblər. Bundan əlavə, 5 nəfərin vəziyyəti orta-ağır, 57 nəfərin isə yüngül xəsarət aldığı bildirilir. Şfela vadisində isə 28 nəfər yaralanıb, onlardan 2-nin vəziyyəti ağır, 7 nəfərin vəziyyəti orta-ağırdır.