Qaradağda polis 18 kq narkotik vasitə aşkarlayıb

Nərmin Qocamanlı
Qaradağda polis 18 kq narkotik vasitə aşkarlayıb

Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı əməliyyat keçirilib. Tədbir zamanı narkoşəbəkənin daha 2 üzvü - 39 yaşlı Vitaliy Belenki və 44 yaşlı Miralim Əliyev saxlanılıblar. Onlardan 18 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb. 

DİN mətbuat xidmətindən Operativ Media-ya verilən məlumata görə, onlar narkotik vasitəni şəxsiyyəti istintaqla araşdırılan narkotacirdən əldə etdiklərini və ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdıqlarını bildiriblər. 

Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib. 

Araşdırma aparılır.

Digər xəbərlər