İran beynəlxalq və daxili reyslərə qadağanın vaxtını uzadıb

Əziz Əzizli
İran beynəlxalq və daxili reyslərə qadağanın vaxtını  uzadıb

İran daxilində və ölkə hüdudlarından kənarda uçuşlara qadağa iyunun 19-da Bakı vaxtı ilə saat 14:30-a qədər uzadılıb.

Operativ Media xəbər verir ki, bu barədə İranın “NourNews” agentliyi respublikanın Yollar və Şəhərsalma Nazirliyinin nümayəndəsi Məcid Axavana istinadən məlumat yayıb.

Əvvəllər tətbiq edilən qadağa iyunun 19-u Bakı vaxtı ilə saat 02:30-dək qüvvədə olub.

Digər xəbərlər