İranın hava hücumundan müdafiə sistemləri İslam Respublikasının paytaxtının cənubundakı Rey şəhəri üzərində səmada İsrailə məxsus pilotsuz təyyarəni məhv edib.
Operativ Media xəbər verir ki, bu haqda ISNA agentliyi məlumat yayıb.
Dağıntılar barədə məlumat verilməyib.
Bundan əvvəl "NourNews" Tehranın şimalında hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti ilə bağlı məlumat yayıb