ADY: Şirvanda dəmiryol infrastrukturuna ciddi zərər dəyib, yük qatarlarının hərəkəti tam məhdudlaşdırılıb

Nərmin Qocamanlı
ADY: Şirvanda dəmiryol infrastrukturuna ciddi zərər dəyib, yük qatarlarının hərəkəti tam məhdudlaşdırılıb

Ötən gün axşam saatlarında Şirvanda “Mercedes” markalı 90 JT 063 nömrəli yük avtomobilinin sürücüsü dəmir yolu ötücüsünə yaxınlaşarkən hündürlüyün məhdudlaşdırılması ilə bağlı yol nişanının tələblərinə məhəl qoymayaraq hərəkətini davam etdirib, nəticədə yük avtomobili yol ötürücüsündə aşırımlara ilişərək qalıb.

Operativ Media xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Hadisə nəticəsində dəmiryol infrastrukturuna ciddi zərər dəyib. Qeyd edilən ərazidə yük qatarlarının hərəkəti tam məhdudlaşdırılıb.

Qatarların hərəkətinin bərpası istiqamətində tədbirlər görülür.

Şəkil Qalereyası

ADY: Şirvanda dəmiryol infrastrukturuna ciddi zərər dəyib, yük qatarlarının hərəkəti tam məhdudlaşdırılıb - Şəkil 1
ADY: Şirvanda dəmiryol infrastrukturuna ciddi zərər dəyib, yük qatarlarının hərəkəti tam məhdudlaşdırılıb - Şəkil 2
ADY: Şirvanda dəmiryol infrastrukturuna ciddi zərər dəyib, yük qatarlarının hərəkəti tam məhdudlaşdırılıb - Şəkil 3
ADY: Şirvanda dəmiryol infrastrukturuna ciddi zərər dəyib, yük qatarlarının hərəkəti tam məhdudlaşdırılıb - Şəkil 4

Digər xəbərlər