FHN-in Qarabağ Regional Mərkəzi tərəfindən mülki müdafiə məşqi keçirilib

Nərmin Qocamanlı
FHN-in Qarabağ Regional Mərkəzi tərəfindən mülki müdafiə məşqi keçirilib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi tərəfindən Ağdam rayon hərbiləşdirilməmiş ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə nümunəvi mülki müdafiə məşqi keçirilib.

"Operativ Media" xəbər verir ki, bu barədə Fövqaladə Hallar Nazirliyi məlumat yayıb.

“Fövqəladə hadisələr zamanı hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin xəbərdarlıq toplanışı siqnalı üzrə fəaliyyəti” mövzusunda keçirilən tədbirə FHN Qarabağ Regional Mərkəzinin aidiyyəti struktur bölmələri, Ağdam Rayon İcra Hakimiyyətinin Mülki müdafiə qərargahı və Fövqəladə Hallar Komissiyası, ərazi mülki müdafiə qüvvələrinin şəxsi heyəti cəlb olunub.

Məşqin keçirilməsində məqsəd ərazi mülki müdafiə qüvvələrinin fövqəladə hallara operativ reaksiyavermə hazırlığı səviyyəsinin yoxlanılması və böhran vəziyyətlərində birgə fəaliyyətlərin uzlaşdırılması, komandir-rəis heyətinin idarəetmə üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi, şəxsi heyətə xəbərdarlıq toplanışı üzrə əməli vərdişlərin aşılanması olub.

Tədbir zamanı hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin fövqəladə hal barədə xəbərdar edilməsi, xəbərdarlıq toplanışı siqnalı ilə qaldırılması, toplanma məntəqəsinə yürüş, toplanış və idarəetmənin təşkili üzrə fəaliyyətləri yoxlanılıb, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib.

Sonda məşqin təhlili aparılaraq çatışmazlıqlar diqqətə çatdırılıb, müvafiq tapşırıqlar verilib.

Şəkil Qalereyası

FHN-in Qarabağ Regional Mərkəzi tərəfindən mülki müdafiə məşqi keçirilib - Şəkil 1
FHN-in Qarabağ Regional Mərkəzi tərəfindən mülki müdafiə məşqi keçirilib - Şəkil 2
FHN-in Qarabağ Regional Mərkəzi tərəfindən mülki müdafiə məşqi keçirilib - Şəkil 3
FHN-in Qarabağ Regional Mərkəzi tərəfindən mülki müdafiə məşqi keçirilib - Şəkil 4
FHN-in Qarabağ Regional Mərkəzi tərəfindən mülki müdafiə məşqi keçirilib - Şəkil 5
FHN-in Qarabağ Regional Mərkəzi tərəfindən mülki müdafiə məşqi keçirilib - Şəkil 6
FHN-in Qarabağ Regional Mərkəzi tərəfindən mülki müdafiə məşqi keçirilib - Şəkil 7
FHN-in Qarabağ Regional Mərkəzi tərəfindən mülki müdafiə məşqi keçirilib - Şəkil 8

Digər xəbərlər