Azərbaycan ordusunun qadın psixoloqlarının zəlzələ qurbanlarına dəstəyi - VİDEO

Nərmin Qocamanlı
Azərbaycan ordusunun qadın psixoloqlarının zəlzələ qurbanlarına dəstəyi - VİDEO

Azərbaycan ordusunun qadın psixoloqları Kahramanmaraş mərkəzli zəlzələlərdən sonra çadır şəhərciklərdə məskunlaşan şəxslərə psixoloji dəstək verir.

"Operativ Media" Anadoluya istinadən xəbər verir ki, çadır şəhərciyini ziyarət edən 4 psixoloq tək-tək çadırlara baş çəkərək zəlzələ qurbanlarının, başda uşaq və qadınlar olmaqla zərərçəkənlərin qayğısına qalır.

Psixoloq Briliant Abdullayeva Anadolu Agentliyinə (AA) bildirib ki, zəlzələdən dərhal sonra Azərbaycan prezidenti İlham Əliyevin göstərişi ilə axtarış-xilasetmə qrupları ilə birlikdə bölgəyə hərəkət ediblər.

Gəldikləri andan insanlara və xilasetmə qruplarına dəstək verməyə başladıqlarını izah edən Abdullayeva deyib:

 "Axtarış-xilasetmə işləri zamanı yaxınlarını itirənlərə psixoloji yardım etdik. İndi çadırlarda qalan insanlara baş çəkirik, psixoloji dəstək veririk. Fərqli ölkəyə deyil, öz ölkəmizə, qardaş ölkəmizə gəlmişik. .Biz bu istiliyi hiss edirik.Ürəyimiz sizinlədir.İnşallah əlimizdən gələni edəcəyik".

Şəkil Qalereyası

Azərbaycan ordusunun qadın psixoloqlarının zəlzələ qurbanlarına dəstəyi - VİDEO - Şəkil 1
Azərbaycan ordusunun qadın psixoloqlarının zəlzələ qurbanlarına dəstəyi - VİDEO - Şəkil 2
Azərbaycan ordusunun qadın psixoloqlarının zəlzələ qurbanlarına dəstəyi - VİDEO - Şəkil 3

Digər xəbərlər