“Tağıyev: Neft” filmi Kino Sənəti və Elmləri Akademiyasının “Oskar” mükafatının “Ən yaxşı beynəlxalq bədii film” kateqoriyası üzrə ölkəmizdən rəsmi namizəd elan edilib.
Operativ Media xəbər verir ki, bu barədə APA-ya filmin rejissoru Zaur Qasımlı məlumat verib.
Rejissorun sözlərinə görə, film Azərbaycan Film Akademiyası tərəfindən ilin ən yaxşı bədii filmi seçilib və “Oskar” mükafatına namizəd kimi təqdim olunub.
“Hazırda 90 film arasında yer almışıq. Dekabr ayında bu filmlərdən 16-ı seçiləcək, yanvar ayında isə 5 film müəyyənləşdiriləcək. Sonda həmin 5 filmin yaradıcı heyəti Los-Ancelesə dəvət olunacaq və bu filmlər laureat hesab ediləcək”, – Zaur Qasımlı bildirib.
Xatırladaq ki, film Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və ARKA-nın dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən istehsal olunub. “Tağıyev: Neft” güclü yaradıcı komandanın birgə əməkdaşlığının nəticəsidir. Filmin baş prodüseri Arzu Əliyeva, prodüseri Orman Əliyev, rejissoru Zaur Qasımlı, ssenari müəllifləri isə İsmayıl İman, Asif İsgəndərli və Zaur Qasımlıdır.
XƏBƏR LENTİ
“Tağıyev: Neft” filmi Oskar mükafatına Azərbaycanın rəsmi namizədi seçilib

Digər xəbərlər
Növbəti xəbər yüklənir...
Seçilmiş xəbərlər