Menyu

Çində tayfun səbəbindən 54 min sakin təxliyə edilib

Operativ Media
Çində tayfun səbəbindən 54 min sakin təxliyə edilib

ÇXR hakimiyyəti ölkənin cənubundakı Quansi-Çjuan Muxtar Rayonunda "Narra" ("Zıtan") tayfunu ilə əlaqədar bu günlərdə 54 min nəfəri təxliyə edib.

Operativ Media xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Bildirilib ki, bu addım leysan yağışları və lokal daşqın təhlükəsi səbəbindən atılıb. Bəzi yaşayış məntəqələrində artıq miqyaslı su basmaları qeydə alınıb.

Rəsmi məlumatlara görə, qeyd olunan rayonda 61 min sakin yüksək risk zonasındadır. Səlahiyyətli dövlət qurumları insan tələfatının qarşısını almaq və təbii fəlakətin vurduğu maddi ziyanı minimuma endirmək üçün tədbirləri davam etdirir.

Çin hər il yay aylarında intensiv yağıntıların mənfi təsirlərinə məruz qalır. Hökumətin hesablamalarına əsasən, təkcə iyul ayı ərzində aidiyyəti dövlət strukturları ÇXR-də təxminən 2,5 milyon nəfəri təxliyə edib. Ötən ay ərzində tayfunlar, leysanlar, sürüşmələr, qasırğalar və digər təbii fəlakətlərin ölkəyə vurduğu iqtisadi ziyan 57,15 milyard yuan (8,41 milyard dollar) həcmində qiymətləndirilir.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər