Paşinyan: TRIPP layihəsi Ermənistanı beynəlxalq dəmir yolu şəbəkəsinə inteqrasiya edəcək
Operativ Media
"TRIPP layihəsi yalnız Ermənistanla Azərbaycan arasında birbaşa dəmir yolu əlaqəsini açmayacaq, həm də Ermənistanı beynəlxalq dəmir yolu şəbəkəsinə inteqrasiya edəcək".
Operativ Media xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
"Azərbaycan ərazisindən keçən dəmir yolu Ermənistan Respublikasını Rusiya Federasiyası və Mərkəzi Asiya ilə bağlayacaq. Layihənin reallaşdırılması həmçinin Fars körfəzi ilə Qara dəniz arasında dəmir yolu əlaqəsini açacaq. Beləliklə, Ermənistan İranla dəmir yolu əlaqəsi əldə edəcək", - baş nazir qeyd edib.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma