Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində xüsusi iclası başa çatıb- YENİLƏNİB

Şəfa Hüseynli
Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində xüsusi iclası başa çatıb- YENİLƏNİB

Milli Məclisin növbədənkənar sessiyası və sessiya üzrə keçirilən xüsusi iclası başa çatıb. 

Operativ Media  xəbər verir ki, "Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi" mövzusuna həsr edilmiş xüsusi iclas dövlət himninin səsləndirilməsi ilə yekunlaşıb.

***
11:05

Sentyabrın 9-da Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində “Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi” mövzusunda xüsusi iclas keçirilir.

Operativ Media  xəbər verir ki, Azərbaycan Konstitusiyasının 88-ci maddəsinin 2-ci hissəsinə əsasən, Milli Məclisin deputatları parlamentin növbədənkənar sessiyasının çağırılması barədə Milli Məclisin sədri Sahibə Qafarovaya müraciət ediblər. Sahibə Qafarova müraciəti nəzərə alaraq, Milli Məclisin növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb.

Digər xəbərlər