Gürcüstanın təhlükəsizlik xidmətləri keçmiş Baş nazir İrakli Qaribaşvili və onların ailə üzvləri də daxil olmaqla, keçmiş məmurların evlərindən 7 milyon dollardan çox pul götürüblər.
Operativ Media xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin direktoru Emzar Qaqnidze brifinqdə məlumat verib.
Dövlət Təhlükəsizlik Xidmətinin məlumatına görə, axtarışlar Tbilisidə, Dedoplistskaro, Vani, Çoxatauri və Borjomi rayonlarında aparılıb.
Müsadirə edilmiş sənədlərin və elektron cihazların ekspertizası, müsadirə olunan pul vəsaitlərinin mənşəyi ilə bağlı araşdırma aparılır. Bu prosedurlardan sonra həmin şəxslər barəsində müvafiq tədbirlər görüləcək.