Gürcüstanın keçmiş məmurlarının evlərindən 7 milyon dollardan çox pul müsadirə edilib

Operativ Media
Gürcüstanın keçmiş məmurlarının evlərindən 7 milyon dollardan çox pul müsadirə edilib

Gürcüstanın təhlükəsizlik xidmətləri keçmiş baş nazir İrakli Qaribaşvili və onların ailə üzvləri də daxil olmaqla, keçmiş məmurların evlərindən 7 milyon dollardan çox pul götürüblər. 

Operativ Media TASS-a istinadən xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin direktoru Emzar Qaqnidze brifinqdə məlumat verib.

Məlumata görə, bir gün əvvəl Gürcüstan Baş Prokurorluğu Qaribaşvilinin, Dövlət Təhlükəsizliyi Xidmətinin keçmiş rəhbəri Qriqol Liluaşvilinin (2019-2025) və keçmiş baş prokuror Otar Partsxaladzenin (2013), eləcə də onlarla əlaqəsi olan səkkiz şəxsin evlərində axtarış aparıldığını bildirib. 

Qaqnidze aydınlaşdırıb ki, axtarışlar zamanı 7 milyon dollardan çox nağd pul və 136 min lari (təxminən 50 min 400 dollar), “198 bahalı əşya və saatlar, qiymətli rəsmlər, bir neçə min səhifəlik sənədləşmə, 50 mobil telefon və 119 elektron cihaz” müsadirə edilib.

Digər xəbərlər