Hərbi qulluqçularımız “Yanğınla mübarizə” ixtisasartırma kursunda iştirak ediblər

Şəfa Hüseynli
Hərbi qulluqçularımız “Yanğınla mübarizə” ixtisasartırma kursunda iştirak ediblər

Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin bir qrup zabit və miçman heyəti Türkiyə Respublikasının İzmir şəhərində yerləşən Foça limanının Saruca Paşa Təlim Komandanlığında təşkil olunan “Yanğınla mübarizə” ixtisasartırma kursunda iştirak edib.

Operativ Media xəbər verir ki, bu barədə MN məlumat yayıb.

Yanğın təhlükəsizliyi sahəsində nəzəri biliklərini və praktiki vərdişlərini artıran hərbi qulluqçularımız yanğınların yaranma səbəbləri, yayılma mexanizmləri, profilaktiv tədbirlər və effektiv söndürülmə strategiyaları üzrə müasir yanaşmaları mənimsəyib, müxtəlif növ yanğınların idarə olunması və söndürülməsi proseslərini yerinə yetiriblər.
Real şəraitdə tətbiq olunan operativ müdaxilə metodları, təhlükəsizlik protokolları və texniki vasitələrin istifadəsi üzrə bacarıqlarını təkmilləşdirən hərbi qulluqçularımız qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gəliblər.

Şəkil Qalereyası

Hərbi qulluqçularımız “Yanğınla mübarizə” ixtisasartırma kursunda iştirak ediblər - Şəkil 1
Hərbi qulluqçularımız “Yanğınla mübarizə” ixtisasartırma kursunda iştirak ediblər - Şəkil 2

Digər xəbərlər