Sumqayıt yolundakı tıxacın səbəbi açıqlanıb

Nərmin Qocamanlı
Sumqayıt yolundakı tıxacın səbəbi açıqlanıb

Bakı–Sumqayıt avtomobil yolunun Ceyranbatan qəsəbəsindən keçən hissəsində iki nəqliyyat vasitəsinin iştirakı ilə yüngül maddi ziyanla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Baş Dövlət Yol Polisi İdarəsindən Operativ Media-ya verilən məlumata görə, sürücülər avtomobilləri yolun hərəkət hissəsindən kənara çəkmədiyinə görə nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

Yol polisi əməkdaşlarının müdaxiləsindən sonra avtomobillər kənara çəkilmiş və hərəkət tam bərpa edilib.

Digər xəbərlər