“Barselona”nın baş məşqçisi Hans-Diter Flik Çempionlar Liqasının ümumi mərhələsinin 3-cü turunda “Olimpiakos” üzərində 6:1 hesablı qələbəni şərh edib.
Operativ Media xəbər verir ki, bu haqda UEFA-nın rəsmi saytı məlumat yayıb.
“Həmişə pozitiv düşünürəm. İndi “Barselona” Madridə qalib gələcək gücdədir. Ehtimal ki, həftə sonuna qədər bir neçə futbolçu heyətə qayıdacaq. “Olimpiakos” üzərindəki bu qələbə bizim üçün çox vacib idi və komandaya inam qazandıracaq. Rəqib yüksək pressinq tətbiq edirdi, lakin vurduğumuz ilk qol bizə kömək oldu. Reşford bu gün yaxşı oynadı. Markus daim meydandadır və “doqquz nömrə” mövqeyində oynaması asan deyil, baxmayaraq ki, epizodlar yaratdı və penalti qazandı. Ən önəmlisi odur ki, o, qol vurur. Reşford məndən gözlədiyim hər şeyin yüz faizini meydanda göstərir".