Azərbaycanda universitet tələbəsi dabaq xəstəliyinə yoluxub? - RƏSMİ

Ayşən Sadıxzadə
Azərbaycanda universitet tələbəsi dabaq xəstəliyinə yoluxub? - RƏSMİ

Sosial şəbəkələrdə Anadolu Universitetinin Bakı filialının tələbəsi E.H-nin dabaq xəstəliyinə yoluxmasına dair məlumatlar yayılıb.

Səhiyyə Nazirliyindən Operativ Media-nın sorğusuna cavab olaraq bildirilib ki, yayılan məlumatlar əsassızdır:

“Anadolu Universitetinin Bakı filialında təhsil alan Elnarə Həziyeva adlı şəxsin guya dabaq xəstəliyinə yoluxması ilə bağlı yayılan məlumat həqiqətə uyğun deyil. Qeyd edirik ki, Azərbaycanda son 30 il ərzində insanlar arasında dabaq xəstəliyi qeydə alınmayıb. Hazırda ölkə ərazisində bu xəstəliklə bağlı  insanlar arasında yoluxma faktı aşkarlanmayıb. 

Vətəndaşların diqqətinə çatdırırıq ki, yalnız rəsmi mənbələr tərəfindən təsdiqlənmiş məlumatlara etibar etsinlər. Eyni zamanda, media nümayəndələrindən xahiş edirik ki, ictimaiyyətdə əsassız narahatlıq yaratmamaq üçün yalnız rəsmi və dəqiqləşdirilmiş məlumatları yayımlasınlar”.

Digər xəbərlər