Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Avropa Şurasının sədri Antonio Kosta və Avropa Komissiyasının sədri Ursula fon der Leyenin dəvəti ilə oktyabrın 23-də Brüsselə rəsmi səfərə gedib.
Operativ Media xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Mirziyoyev Belçikanın paytaxtında Avropa İttifaqının liderləri ilə danışıqlar aparacaq.
Çoxşaxəli əlaqələrin daha da inkişafı və genişləndirilməsi məsələlərinə baxılacaq.
Özbəkistan və Aİ arasında Genişləndirilmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin imzalanması planlaşdırılır .