Ölkəyə 1 ədəddən artıq telefon gətirənlər əlavə 100 AZN ödəməli olacaqlar

Operativ Media
Ölkəyə 1 ədəddən artıq telefon gətirənlər əlavə 100 AZN ödəməli olacaqlar

Azərbaycana gətirilən mobil cihazlara gömrük rüsumu ilə paralel aksiz vergisi də tətbiq ediləcək.

Operativ Media xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Beləliklə, bazar qiymətindən asılı olmayaraq təqvim ili ərzində 1 ədəddən artıq mobil cihaz üçün 100 manat aksiz vergisi tətbiq olunacaq.

Digər xəbərlər