Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixrac göstəriciləri üzrə statistikaya əsasən, bu ilin yanvar-sentyabr aylarında ölkədən 26,9 milyon dollar dəyərində 3,5 min tondan çox mis və ondan hazırlanan məmulatlar ixrac olunub.
Dövlət Gömrük Komitəsindən Operativ Media-ya verilən məlumata əsasən, bu, 2024-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 27,9 faiz və ya 5,8 milyon dollar, həcm baxımından isə 16,3 faiz və ya 494,3 ton çoxdur.
Ümumilikdə cari ilin ilk 9 ayında ölkədən dəyəri 2,36 milyard dollardan çox təşkil edən Azərbaycan mənşəli qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2024-cü ilin müvafiq göstəricisini 13,7 faiz üstələyir. Hesabat dövründə mis və ondan hazırlanan məmulatlar ixracının xüsusi çəkisi 1,14 faizə bərabər olub.