Bu il 9 ayı ərzində qanunsuz yollarla ölkəyə gətirilməsinə cəhd göstərilən 39,9 milyon ədəddən çox siqaret aşkar edilib.
Bu barədə Operativ Media-ya Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Bildirilib ki, 2025-ci ilin 9 ayı ərzində aksiz markasız və ya digər qanunsuz yollarla ölkəyə gətirilməsinə cəhd göstərilən 1098,21 litr spirtli içki, 39 milyon 948 min 449 ədəd xaricdə istehsal olunan siqaret aşkarlanıb.
Eyni zamanda 7491 ədəd elektron siqaret, 1 milyon 57 min 931 ədəd saxta aksiz markaları və məcburi nişanlar, 1360 litrdən çox energetik içki aşkar edilib.
Bütün məhsullar qanunsuz dövriyyədən çıxarılıb.