Səudiyyə klubları Leao üçün 80 milyon avro təklif etməyə hazırdır

Əziz Əzizli
Səudiyyə klubları Leao üçün 80 milyon avro təklif etməyə hazırdır

Səudiyyə Ərəbistanı klubları "Milan"ın hücumçusu Rafael Leao ilə maraqlanmaqda davam edir.

Operativ Media xəbər verir ki, bu haqda "Gazzetta dello Sport" məlumat yayıb.

Mənbənin məlumatına görə, "Milan" 26 yaşlı portuqaliyalı üçün 80 milyon avro təklif etməyə hazırdır. Leaonun gələcəyi onun 2025/26 mövsümünün qalan hissəsindəki performansından asılıdır.

Leao bu mövsüm 4 oyunda 3 qol vurub. Onun müqaviləsi 30 iyun 2028-ci ilə qədərdir.

"Transfermarkt" futbolçunun transfer dəyərini 70 milyon avro qiymətləndirir.

Digər xəbərlər