KİV: Azərbaycan və İndoneziya Qəzza zolağında beynəlxalq stabilləşdirmə qüvvələrinə rəhbərlik edəcək

Şəfa Hüseynli
Baxış: 82392
KİV: Azərbaycan və İndoneziya Qəzza zolağında beynəlxalq stabilləşdirmə qüvvələrinə rəhbərlik edəcək

Azərbaycan və İndoneziya Qəzza zolağında planlaşdırılan Beynəlxalq Stabilləşdirmə Qüvvələrinə rəhbərlik edə bilər.
Operativ Media xəbər verir ki, bu barədə "Israel Hayom" məlumat yayıb.
Bildirilib ki,  iki ölkə on minlərlə əsgərdən ibarət çoxmillətli qüvvələrin əsasını təşkil edəcək.Azərbaycan və İndoneziyanın daxil olması barədə qərar İsrailin türk hərbçilərinin missiyada iştirakına veto qoymasından sonra verilib.
İndoneziya BMT-nin himayəsi altında beynəlxalq sülhməramlı missiyalarda iştirakda mühüm təcrübəyə malikdir, Azərbaycan isə İsrailin təhlükəsizlik və müdafiə sahəsində ən yaxın tərəfdaşlarından biridir.

Digər xəbərlər