2026-cı ildə “Qızıl top”a əsas namizədlər açıqlanıb

Operativ Media
2026-cı ildə “Qızıl top”a əsas namizədlər açıqlanıb

“Bavariya”nın hücumçusu Harri Keyn “Goal” nəşrinin dərc etdiyi 2026-cı ildə “Qızıl top”a əsas namizədlərin reytinqinə başçılıq edir.

Operativ Media xəbər verir ki, siyahının ikinci pilləsində "Real Madrid"in hücumçusu Kilyan Mbappe, üçüncü yerdə isə "Mançester Siti"nin futbolçusu Erlinq Holann qərarlaşıb.

İlk 10 belə görünür:

1. Harri Keyn (Bavariya)

2. Kilyan Mbappe (Real Madrid)

3. Erlinq Holann (Mançester Siti)

4. Lamin Yamal (Barselona)

5. Nuno Mendes (PSJ)

6. Pedri (Barselona)

7. Vitinya (PSJ)

8. Bukayo Saka (Arsenal)

9. Vinisius Junior (Real Madrid)

10. Əşrəf Hakimi (PSJ)

PSJ-nin hücumçusu Usman Dembele 2024/25 mövsümündə “Qızıl top”u qazanıb. “Barselona”nın yarımmüdafiəçisi Lamine Yamal ikinci, parisli yarımmüdafiəçi Vitinya isə üçüncü olub

Digər xəbərlər