Şuşa 2026-cı ildə İƏT-in turizm paytaxtı olacaq

Operativ Media
Şuşa 2026-cı ildə İƏT-in turizm paytaxtı olacaq

Azərbaycanın Baş naziri Əli Əsədov “Şuşa şəhərinin 2026-cı il üçün İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı elan edilməsi ilə bağlı Tədbirlər Planı”nı təsdiq edib.

Operativ Media xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov sərəncam imzalayıb.

Sərəncama əsasən, tədbirlər planında nəzərdə tutulan işlərin icrasına Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi məsul orqan kimi müəyyən olunub.

Planın həyata keçirilməsi üçün tələb olunan vəsait 2026-cı il dövlət büdcəsindən və qanunvericiliklə qadağan edilməyən digər mənbələr hesabına maliyyələşdiriləcək.

Sənədin icrasına nəzarət isə Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinə tapşırılıb.

Digər xəbərlər