Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri geri çağırılıb.
Operativ Media xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlara əsasən, Şahin Şakir oğlu Abdullayev Azərbaycanın Səudiyyə Ərəbistanında, eyni zamanda Bəhreyndə fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının İslam Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.
Prezidentin digər sərəncamı ilə Mütəllim Sabir oğlu Mirzəyev Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.






