Azərbaycan Futbolunda yenilik – 14 il sonra yeni sponsorluq müqaviləsi imzalandı

Operativ Media
Azərbaycan Futbolunda yenilik – 14 il sonra yeni sponsorluq müqaviləsi imzalandı

Azərbaycan futbolunda yeni bir mərhələ başlayır. Peşəkar Futbol Liqası və “Avrora Qrup”un “Bizon” brendi arasında sponsorluq müqaviləsi imzalanıb.

Operativ Media xəbər verir ki, müqaviləyə əsasən, ölkəmizin ən nüfuzlu futbol turnirlərindən biri olan Azərbaycan Kuboku bundan sonra “Bizon Azərbaycan Kuboku” adı altında keçiriləcək. Qeyd edək ki, son illər dövlət dəstəyi ilə daha da böyüyən, bütün Azərbaycanı əhatə edərək 34 komanda arasında keçirilən turnir ölkə futbolunun daha da inkişafını hədəfləyir. 

Məlumat üçün bildirək ki, bu müqavilə ilə Azərbaycan Kubokunun ad hüququ Bizon brendinə məxsus olacaq. Bu əməkdaşlıq BİZON markasının idmanın inkişafına, xüsusi ilə futbolun populyarlaşmasına verdiyi dəstəyin göstəricisidir.

Həmçinin Avrora Qrup ölkə idmanına çox böyük tövhələr verməkdədir. Belə ki, uşaq futbolunun inkişafı üçün “Europan Futbol Academy”, futzal üzrə futbolun inkişafı üçün “Araz-Naxçıvan” futbol klubuna, peşəkar futbolun inkişafı üçün “Zirə” futbol klubuna, voleybolun inkişafı üçün Milli Aviasiya Akademiyasının qadınlardan ibarət voleybol klubuna sponsorluqlarla öz dəstəyini verməkdədir.

Yeni mövsümdə keçiriləcək Bizon Azərbaycan Kuboku azarkeşlərə daha maraqlı və həyəcanlı qarşılaşmalar vəd edir.

Şəkil Qalereyası

Azərbaycan Futbolunda yenilik – 14 il sonra yeni sponsorluq müqaviləsi imzalandı - Şəkil 1
Azərbaycan Futbolunda yenilik – 14 il sonra yeni sponsorluq müqaviləsi imzalandı - Şəkil 2
Azərbaycan Futbolunda yenilik – 14 il sonra yeni sponsorluq müqaviləsi imzalandı - Şəkil 3

Digər xəbərlər