Keyfiyyətli qəhvəni necə seçməli? Mütəxəssis izah edir

Şəfa Hüseynli
Keyfiyyətli qəhvəni necə seçməli? Mütəxəssis izah edir

Gündəlik qəhvə istehlakı bu gün bir çox insanın həyatının ayrılmaz hissəsinə çevrilib. Səhər oyanmaq, iş zamanı diqqəti toplamaq və ya sadəcə istirahət anlarında zövq almaq üçün içilən qəhvə, tərkibindəki kofein sayəsində həm müsbət, həm də mənfi təsirlər göstərə bilər.

Mövzu ilə bağlı Operativ Media-ya Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova danışıb.




Onun sözlərinə görə, keyfiyyətli qəhvənin insan orqaniziminə faydası çoxdur:

"Xüsusilə qəhvənin tərkibindəki kofein maddəsi orqanizmə sürətlə təsir göstərir. Qısa müddət ərzində insanda enerji hissi yaradır, yuxusuzluğun azalmasına və qan dövranının sürətlənməsinə kömək edir".

Mütəxəssisin sözlərinə görə, davamlı şəkildə qəhvə qəbul edən insanlarda zamanla asılılıq yarana bilir:

"Belə şəxslərdə qəhvədən qaynaqlanan gündəlik gümrahlıq və enerjililik hissi formalaşır ki, bu da hər gün qəhvə içmə ehtiyacını artırır.

Qəhvənin yaddaşı gücləndirməsi və zehni fəaliyyəti stimullaşdırması səbəbindən, zehni işlə məşğul olan insanlara müəyyən hallarda onun qəbul edilməsi mütəxəssislər tərəfindən tövsiyə olunur".

O, həmçinin qeyd edib ki, qəhvə qəbul edərkən onun keyfiyyətinə xüsusi diqqət yetirilməlidir:

"Çox vaxt qəhvəyə süd, qaymaq, şəkər və müxtəlif dadlandırıcılar əlavə olunur ki, bu da içkinin keyfiyyətini aşağı salır və orqanizmə artıq kalori qəbuluna səbəb olur. Əgər bu kalorilər enerji kimi sərf olunmazsa, nəticədə piylənmə və artıq çəki problemi yarana bilər".

Mütəxəssis vurğulayıb ki, gün ərzində qəhvə qəbulunun miqdarı 2 fincanı (təxminən 400 ml) keçməməlidir:

"Qəhvəni əsasən günün birinci yarısında və ya günorta saatlarında içmək daha məqsədəuyğundur. Axşam saatlarında qəhvə qəbulu yuxusuzluğa və digər narahatlıqlara səbəb ola bilər".

Bəs keyfiyyətli qəhvəni necə seçməli?

Mütəxəssisin fikrincə, keyfiyyətli qəhvə üyüdülmüş, təmiz və təbii şəkildə qəbul edilməlidir. Qovrulma dərəcəsinə görə qəhvələr light, mediumdark olmaqla üç kateqoriyaya bölünür.

Qəhvənin dadı daha çox dark, yəni daha çox qovrulmuş növlərdə hiss olunur. Lightmedium qəhvələrdə isə qovrulma dərəcəsi daha az olduğuna görə dadı yumşaq, turşuluğu isə bir qədər yüksək olur. Adətən qəhvə sevənlər dark növləri üstün tutur.

Mütəxəssis bildirib ki, “üçü birində” tipli, şəkərli və südlü paket qəhvələr keyfiyyətli hesab edilmir. Onların tərkibinə dadlandırıcılar, kimyəvi qatqılar və uzunmüddətli saxlanma üçün konservantlar əlavə olunur. Belə qəhvələr orqanizmdə asılılıq, ishalbağırsaq mikroflorasının pozulması kimi problemlərə səbəb ola bilər.

Digər xəbərlər