Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Barro ölkəsinin Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına və 8 avqust Vaşinqton sammitində başlanmış dinamizmə tam dəstəyini bir daha təsdiqləyib.
Operativ Media xəbər verir ki, bu barədə Fransanın Azərbaycandakı səfirliyinin "X" hesabında paylaşım edilib.
Nazir bildirib ki, regional əlaqələrin inkişafı və sərhədlərin yenidən açılması dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmət çərçivəsində Cənubi Qafqaz regionunun əhalisinin rifahı naminə sülh və firavanlıq məkanına çevrilməsinə imkan yaradacaq.
Jan-Noel Barro həmçinin son vaxtlar atılmış addımları, o cümlədən Azərbaycanın Ermənistana göndərilən malların tranziti ilə bağlı məhdudiyyətləri aradan qaldırmasını alqışlayıb.






