Menyu

5 manat köçürməyə görə 2 manat niyə tutulur?

Operativ Media
5 manat köçürməyə görə 2 manat niyə tutulur?

Kartdan karta köçürmələr sürətli və rahat olsa da, son dövrlərdə tətbiq olunan limitlər və yüksək komissiyalar istifadəçiləri narazı salır. 

Məsələn, cəmi 5 manat göndərmək istəyəndə belə 1–2 manat komissiya tutulur. Bu isə çoxları üçün məntiqsiz görünür.

Bundan əlavə, aylıq və ya gündəlik köçürmə limitlərinin aşağı salınması da istifadəçiləri çətin vəziyyətdə qoyur. Əvvəllər daha yüksək olan limitlərin indi 2000–3000 manat civarına endirilməsi və bu həddi keçdikdən sonra əlavə faizlərin tətbiqi narazılığı daha da artırır.

Komissiyalar isə göndərilən məbləğdən asılı olaraq dəyişir. Bəzi hallarda hər 100 manata görə minimum 1 manat tutulur. Bu da xüsusilə kiçik məbləğli köçürmələrdə istifadəçiyə daha çox təsir edir.

Nəticədə bir çox insan artıq kartdan karta köçürmədən imtina edərək nağd ödənişə üstünlük verməyə başlayır. Çünki istifadəçilər hesab edir ki, öz pullarını köçürərkən əlavə ödəniş etmələri ədalətli deyil.

Ətraflı videoda:

" data-width="500" data-show-captions="true">

Əlaqəli Xəbərlər