Menyu

"Yuventus" "Ştutqart"ın yarımmüdafiəçisini istəyir

Operativ Media
"Yuventus" "Ştutqart"ın yarımmüdafiəçisini istəyir

"Yuventus" "Ştutqart"ın yarımmüdafiəçisi Angelo Ştillerin transferində maraqlıdır.

Operativ Media xəbər verir ki, bu haqda "Tuttomercatoweb" portalı məlumat yayıb.

Mənbə qeyd edir ki, İtaliya təmsilçisi Almaniya millisinin 25 yaşlı üzvünün nümayəndələri ilə artıq əlaqə saxlayıb və futbolçunun hazırkı vəziyyəti ilə maraqlanıb. 2025-ci ildə Toni Kroos Ştilleri "Real Madrid"ə tövsiyə etmişdi. Hazırda Kroosun ətrafındakı şəxslərin Ştillerin maraqlarını təmsil etməsi onun gələcək karyerasında həlledici rol oynaya bilər.

Ötən yay Xabi Alonso öz komandası üçün fərqli profilli oyunçu axtardığından Ştilleri transfer etmək fürsətindən imtina etmişdi. Yarımmüdafiəçinin müqaviləsində 36 milyon avroluq sərbəstqalma maddəsi mövcuddur.

2023-cü ilin avqustundan "Ştutqart"da çıxış edən Ştillerin klubu ilə müqaviləsi 30 iyun 2028-ci ilə qədər nəzərdə tutulub. 2025/26 mövsümündə keçirdiyi 48 matçda yarımmüdafiəçi 2 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı oyunçunun transfer dəyərini 45 milyon avro məbləğində qiymətləndirir.

Əlaqəli Xəbərlər