Menyu

DÇ-2026-da sarı vərəqə qaydaları dəyişə bilər

Operativ Media
DÇ-2026-da sarı vərəqə qaydaları dəyişə bilər

FİFA 2026-cı il dünya çempionatının final mərhələsində sarı vərəqələrə görə diskvalifikasiya qaydalarını dəyişmək niyyətindədir.

Operativ Media xəbər verir ki, bu haqda BBC məlumat yayıb.

Mənbənin verdiyi məlumata görə, qaydalara ikinci amnistiya mərhələsinin əlavə edilməsi, yəni sarı vərəqələrin həm qrup mərhələsindən, həm də dörddəbir final oyunlarından sonra sıfırlanması planlaşdırılır. Hazırkı qaydalara əsasən, dörddəbir finala yüksəlmək üçün komanda beş oyun keçirməlidir və bu oyunlar ərzində alınan hər hansı iki xəbərdarlıq diskvalifikasiyaya səbəb olur. İştirakçı sayının 32-dən 48-ə çatdırıldığı genişləndirilmiş final mərhələsində əlavə raundun tətbiqi kənarlaşdırma riskini xeyli artırır. FİFA ehtiyat edir ki, reqlament dəyişdirilməsə, dörddəbir finala qədər altı oyun keçirən daha çox futbolçu cəza həddinə çatacaq və nəticədə yarımfinal matçlarını buraxmalı olacaq.

Hesab olunur ki, vərəqələrin iki mərhələdə sıfırlanması, diskvalifikasiya üçün tələb olunan vərəqə sayının üçə qaldırılmasından daha ədalətlidir və prinsipial oyunlarda kənarlaşdırmaların sayını azaldacaq. Bu məsələ aprelin 28-də Vankuverdə keçiriləcək FİFA Şurasının iclasında müzakirə ediləcək. Yeni qaydalara görə, diskvalifikasiya həddi yenə iki xəbərdarlıq olaraq qalacaq, lakin oyunçuların cəzalanma ehtimalı yalnız iki qısa zaman kəsiyi ilə məhdudlaşacaq. Beləliklə, oyunçunun növbəti matçı buraxması üçün ya qrup mərhələsinin üç oyunundan ikisində, ya da 1/16 final, 1/8 final və dörddəbir final oyunlarının ikisində sarı vərəqə alması gərəkəcək.

Əlaqəli Xəbərlər