Bu ilin yanvar-mart aylarında ölkədə 7,6 min ton əhəng istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 24,6 faiz çoxdur.
Dövlət Statistika Komitəsindən Operativ Media-ya verilən məlumata əsasən, mart ayında əhəng istehsalı fevral ayı ilə müqayisədə 2,6 min ton və ya 52 faiz artıb.
Aprel ayının 1-nə hazır məhsul ehtiyatı 5,1 min ton təşkil edib.