"Zirə"nin hücumçusu 60-cı qolunu vurub
Operativ Media
Misli Premyer Liqasının XXIX turunun "Turan Tovuz"la səfər oyununda (1:1) vurulan qol Davit Volkov üçün əlamətdar olub.
Operativ Media Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, gürcüstanlı legioner turnirdə 60-cı dəfə fərqlənib.
O, buna 198-ci oyununda nail olub. Davit bu qolları üç komandanın heyətində vurub.
Azərbaycan çempionatında 2018/2019 mövsümündə debüt edən Volkov ölkəmizdəki ilk klubu "Qəbələ"də 7 (27 oyunda), "Sabah"da 16 (63 oyunda) qola sevinib. O, "Zirə"də 37 dəfə (108 oyunda) fərqlənib.
Qeyd edək ki, Volkov turnirin tarixində 60 və ya daha çox qol vuran 31-ci futbolçudur.