BŞTİ: 273 nömrəli bağçada uşağa zorakılıq göstərilməsi ilə bağlı iddia araşdırılır
Operativ Media
273 nömrəli körpələr-evi uşaq bağçasında uşağa təzyiq göstərilməsi iddiası ilə əlaqədar araşdırma aparılır.
BŞTİ-dən Operativ Media-nın sorğusuna cavab olaraq bildirilib ki, araşdırma nəticəsində iddia təsdiqini taparsa, qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi təmin olunacaq.
Qeyd edilib ki, təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir. Təhsil müəssisələrində aparılan monitorinqlər davamlı xarakter daşıyır.