Azərbaycanın "Qarabağ" klubunun 16 yaşlılardan ibarət komandası Gürcüstanda keçirilən Vitali Daraseli adına turnirdə iştirak edir.
"Operativ Media" xəbər verir ki, "Atlılar"ın U-16 komandası ilk görüşdə "Dinamo Tbilisi"li həmyaşıdlarına 7-1 hesabı ilə məğlub olub.
Qeyd edək ki, turnirdə İtaliyanın "Monza", "Genoa", Türkiyənin "Başakşəhər", İspaniyanın "Sevilya" klublarının U-16 komandaları da iştirak edir.