"Bavariya"nın 17 yaşlı yarımmüdafiəçisi Karl klubun rekordunu qırıb

Operativ Media
"Bavariya"nın 17 yaşlı yarımmüdafiəçisi Karl klubun rekordunu qırıb

"Bavariya"nın yarımmüdafiəçisi Lennart Karl Çempionlar Liqasının ən gənc qolçusu kimi yeni "Bavariya" rekorduna imza atıb.

Operativ Media xəbər verir ki, bu haqda ESPN məlumat yayıb.

Alman futbolçu (17 yaş 242 günlük) Çempionlar Liqasının ümumi mərhələsinin III turunun "Brügge" ilə oyununda (4:0) 5-ci dəqiqədə fərqlənib.

Əvvəlki rekordu 2021-ci ilin fevralında Çempionlar Liqasının 1/16 finalında "Latsio"ya qol vuranda özündən 121 gün böyük olan yarımmüdafiəçi Camal Musiala qoyub

2025/26 mövsümündə Karl bütün yarışlarda 9 matçda 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Digər xəbərlər