Mauro İkardi Türkiyə Kubokunda "Qalatasaray"ın "Başakşehir" qarşısında ikinci qolunu vuraraq sarı-qırmızılı klubun tarixinə düşüb.
"Operativ Media" xəbər verir ki, İkinci hissənin 51-ci dəqiqəsində Mauro İkardi "Qalatasaray"ın ikinci qolunu vurub.
"Qalatasaray"ın "Nef" stadionunda 600-cü qolunu vuran Mauro İkardi sarı-qırmızılı klubun tarixinə düşüb.
Nef Stadionunda vurulan qollar:
100-cü qol Droqba
200-cü qol Hakan Balta
300-cü qol Yasin Öztekin
400-cü qol Eren Derdiyok
500-cü qol Cessi Sekidika