"Çelsi"nin sabiq futbolçusu karyerasını bitirdi

Əziz Əzizli
"Çelsi"nin sabiq futbolçusu karyerasını bitirdi

"Çelsi"nin sabiq futbolçusu İzzi Braun karyerasını bitirib.

"Operativ Media" xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi tez-tez zədələndiyi üçün bu addımı atıb.

2018-ci ildən "Çelsi"nin əsas komandasında forma geyinən Braun müxtəlif vaxtlarda "Luton", "Brayton", "Lids", "Preston" kimi klublarda top qovub. İngilis futbolçu ötən ilin yayından azad agent idi.

Digər xəbərlər