“İzmir Cup – 2023” turnirinin qrup mərhələsinin 4-cü turunun oyunları keçirilib.
"Operativ Media" xəbər verir ki, “Qarabağ”ın U-12 komandası Almaniyanın “Ayntraxt” (Frankfurt) klubu ilə qarşılaşıb. Qarşılaşma "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Qələbə qolumuzu Həsən Mürşüdzadə vurub.
Bu gün Azərbaycan təmsilçisi “Başakşəhər”, “Altınordu”, “Manisa” və “Portu” klubları ilə qarşılaşacaq.