Menyu

Azərbaycan "Ukrayna Dəmir Yolları"na dəstək məqsədilə 40 ton avadanlıq göndərib

Operativ Media
Azərbaycan "Ukrayna Dəmir Yolları"na dəstək məqsədilə 40 ton avadanlıq göndərib

Ukraynanın Energetika Nazirliyi Azərbaycanın "Ukrayna Dəmir Yolları"nın işini dəstəkləmək üçün 40 tona yaxın avadanlıq təhvil verdiyini bildirib.

Operativ Media xəbər verir ki, bu barədə Ukraynanın Energetika Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.

Məlumata görə, avadanlıq ukraynalı dəmiryolçuların işinə dəstək olmaq və kritik infrastrukturun fəaliyyətini təmin etmək məqsədilə Energetika Nazirliyinin enerji habı vasitəsilə dəmir yolunun regional bölmələrindən birinə çatdırılıb.

"Demək olar ki, hər gün hab vasitəsilə Ukraynanın müxtəlif regionlarına yeni avadanlıq göndərilir. O, Rusiyanın daimi hücum təhlükəsi şəraitində həm enerji sektorunun, həm də digər kritik infrastruktur obyektlərinin fasiləsiz işini təmin etməyə kömək edir", - məlumatda bildirilib.

Nazirlik Ukraynaya göstərdiyi dəstəyə və kritik infrastrukturun möhkəmləndirilməsindəki yardımına görə Azərbaycana minnətdarlığını bildirib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər